Suriya ordusu ölkənin cənubunda İŞİD-in son istinadgahını ələ keçirib

Suriya ordusu ölkənin cənubundakıSəfa yaylası ərazisində - İŞİD terrorçularının son istinadgahında hərbi əməliyyatları başa çatdırıb.

Bu barədə ordunun Baş qərargahının bəyanatında qeyd olunur.

"Silsilə dəqiq əməliyyatlardan sonra rəşadətli qoşunlarımız Səfa yaylası regionu üzərində tam nəzarəti ələ keçirib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu, İŞİD-in ölkənin cənubundakı son istinadgahı idi.

Qərargahın məlumatına görə, səhranın 380 kvadratmetr ərazisi təmizlənib.

Bundan əvvəl Suriyanın Latakiya əyalətinin Safsara yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 18 hərbçi həlak olub.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31