Türkiyədə qəzaya uğrayan təyyarənin qalıqları altından 2 nəfərin meyiti çıxarılıb
20 Noyabr 2018 11:03 DünyaTürkiyənin Dənizli əyalətində təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfərin öldüyü məlum olub.
Bunu əyalətin valisi Hasan Karahan bildirib.
Ölənlərdən biri pilot, digəri isə təyyarə sürməyi öyrənən kursant olub. Onların meyitləri təyyarənin qalıqları altından çıxarılıb.
Qeyd edək ki, noyabrın 19-da Dənizlidə təlim təyyarəsi qəzaya uğrayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31