Köhnə bombalara görə bir şəhərin əhalisini köçürdülər
20 Noyabr 2018 05:14 Dünyaİtaliyanın Boloniya şəhəri və ətraf bölgələrinin sakinləri İkinci Dünya müharibəsi zamanı atılan bombaların qorxusundan evlərini tərk ediblər. 52 kiloluq Amerika istehsalı olan bəzi bombaların qalıqlarına Savena çayı sahilindəki ərazidə rast gəlinib.
Bombanın olduqca təhlükəli yerləşməsinə görə sözügedən ərazidən 1.5 kilometr radiusda yerləşən bütün evlərdəki əhalini evakuasiya ediblər. Hərbi qüvvələrin köməyi ilə bu bombaları zərərsiz hala gətiriblər.
Sentyabr ayında İkinci Dünya müharibəsi dövründən qalan bombanın partlama təhlükəsinə görə İsveçr şəhərlərindən birinin əhalisi evakuasiya edilib. Bombanı qocalar evi ərazisini təmizləyən bağbanlar tapıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31