"Rus müdaxiləsi” Zukerberqə 17.4 milyarda başa gəldi
19 Noyabr 2018 18:59 DünyaFeysbuk şəbəkəsinin rəhbəri Mark Zukerberq bu ilin əvvəlindən kompaniyasının ABŞ-dakı prezident seçkilərində "rus müdaxiləsi"ndə iştirakı ilə bağlı qalmaqal fonunda 17.4 milyard dollar itirib.
Bu barədə "Bloomberg Billionaires Index" (BBI) reytinqinə əsasən məlum olub. İndeks milyarderlərin hissələrinin olduğu şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
Şirkətin aksiyaları bir gündə 3 faiz dəyər itirməklə 2017-ci ilin aprelindən bu yana ən aşağı göstəriciyə - 139.53 dollara qədər geriləyib. Beləliklə, Zukerberq bir sessiyaya 1.63 milyard dollar itirib. Onun sərvəti 55.3 milyard dollara bərabər olub.
Şirkətinin səhmlərinin ucuzlaşması ilə Zukerberq iyulda ilk üçlükdə olduğu planetin ən zəngin insanları reytinqində altıncı pilləyə enib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31