İranda gəmi qəzaya uğrayıb - Ölənlər var
19 Noyabr 2018 18:53 Dünyaİranda yük gəmisinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
İranın Limanlar və Dənizçilik Təşkilatının rəsmisi İsmayıl Məkkizadə deyib ki, şüşə materialı daşıyan gəmi Əbu Musa adasından 7 mil şərqdə hərəkətini dayandırıb. Onun sözlərinə görə, iki xilasetmə gəmisi, hərbi gəmilər və bir ədəd texniki gəmi 5 dənizçinin xilası üçün hadisə yerinə göndərilib.
"Bir gəmi xidmətçisi xilas edilib, 2 dənizçinin meyiti dalğıclar tərəfindən sudan çıxarılıb, 2-nin meyiti isə axtarılır. Hazırda axtarış əməliyyatına havadan da dəstək göstərilir".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31