Ağlayan körpə ailəsini xilas etdi

Hadisə Bursada mərkəz Osmanqazi rayonunun Bağlarbaşı məhəlləsində baş verib. Alınan xəbərə görə, Erol Yetiş adlı şəxsə məxsus evdə ailə üzvləri qaz sobasını söndürmədən yatıblar. Gecə evin ailə başçısı Erol Yetiş kiçik oğlu Məmməd Əminin ağlamasına oyanıb və evdə ağır qaz qoxusu hiss edib

Hadisə Bursada mərkəz Osmanqazi rayonunun Bağlarbaşı məhəlləsində baş verib.

Alınan xəbərə görə, Erol Yetiş adlı şəxsə məxsus evdə ailə üzvləri qaz sobasını söndürmədən yatıblar. Gecə evin ailə başçısı Erol Yetiş kiçik oğlu Məmməd Əminin  ağlamasına oyanıb və evdə ağır qaz qoxusu hiss edib. Evdəki ailə uzvlərini oyandırmağı bacarmayan Erol Yetiş təcili ayrdıma və qaz idarəsinə təcili telefon açıb. Qaz idarəsindən gələn komanda binanın qazını kəsib. Təcili yardım qazadan zəhərlən ailə üzvlərini xəstəxanaya çatdırıblar. Yetiş ailəsinin üzvlərinin vəziyyəti həkimlər tərəfindən kafi olaraq dəyənləndirilir.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31