Tonoyan gözlənilmədən Əfqanıstana getdi
19 Noyabr 2018 18:07 DünyaErmənistanın müdafiə naziri əvəzi David Tonoyan Əfqanıstana gedib.
Bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanisyan paylaşıb. O, Tonoyanın Əfqanıstan səfər etməsinin məqsədini açıqlamayıb.
Qeyd edək ki, Əfqanıstanda 120 nəfərlik erməni sülhməramlılarından ibarət kontingent var. Bu sülhməramlılar Almaniyanın rəhbərliyi altında fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31