Kreml Putinin böyük mətbuat konfransını anons etdi

Rusiya Prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabr ayında baş tutacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

"Mətbuat konfransı ənənəvi olaraq dekabrda keçiriləcək. Format saxlanılacaq", - Peskov bildirib.

Qeyd edək ki, Vladimir Putinin illik mətbuat konfransı 2001-ci ildən keçirilir. Bu il keçiriləcək mətbuat konfransı sayca 14-cü olacaq.

Bu tip tədbir yalnız Putinin baş nazir olduğu illərdə keçirilməyib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31