Avropa İttifaqı "Brexit"ə dair sazişin layihəsini dəstəkləyib

Avropa İttifaqının (Aİ) Ümumi İşlərə dair Nazirlər Şurası Böyük Britaniyanın təşkilatdan çıxmasının şərtlərinə dair sazişin layihəsini dəstəkləyib.

Bu barədə Şuranın iclasından sonra Aİ-nin "Brexit"ə dair baş müzakirəçisi Mişel Barnye mətbuat konfransında bildirib.

Qeyd edək ki, 25 noyabr tarixində Aİ-nin "Brexit" məsələsinə həsr olunmuş növbədənkənar zirvə toplantısı nəzərdə tutulur.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31