Vladimir Putinin Türkiyəyə səfəri başlayıb
19 Noyabr 2018 16:14 DünyaRusiya Prezidenti Vladimir PutininTürkiyəyə səfəri başlayıb.
Onu İstanbulun Atatürk hava limanında İstanbul valisi Ali Yerlikaya, Böyükşəhər Bələdiyyə sədri Mevlüd Uysal, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerov və iki ölkənin digər rəsmiləri qarşılayıb.
V.Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə "Türk axını" layihəsinin ilk mərhələsinin tamamlanmasına həsr edilən tədbirdə iştirak edəcək.
Qeyd edək ki, R.T.Ərdoğanla V.Putin bu il 5 dəfə görüşüb, 17 dəfə telefonla danışıblar.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31