Britaniyanın xarici işlər naziri bu gün İrana səfər edəcək
19 Noyabr 2018 11:17 DünyaBöyük Britaniyanın xarici işlər naziriCeremi Hant bu gün İrana səfər edəcək.
O, Tehranda İran rəsmiləri ilə görüşəcək.
Britaniyalı nazir İranda həbsdə saxlanılan krallıq təbəələrinin vəziyyətini, İslam Respublikasının nüvə proqramını, habelə bölgədəki münaqişələri müzakirə edəcək. Görüşlərdə İrana nüvə razılaşmasından sonra tətbiq edilən sanksiyalarla bağlı firki mübadiləsi aparılacaq.
Qeyd edək ki, noyabrın 5-dən ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsini tətbiq edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31