Kiyevdə erməni nazirin həbsi tələb edildi
18 Noyabr 2018 00:29 DünyaUkraynanın daxili işlər naziri Arsen Avakovun malikanəsinin qarşısında toplaşan fəallar onun istefasını tələb ediblər.
Buna səbəb qətl hadisələrinin üstünün açılmaması və ictimai fəallara edilən hücumlardır.
"Avakov, çıx get!" aksiyasının iştirakçıları onun malikanəsinin hasarında müxtəlif sözlər yazıblar və nazirə ünvanlanan plakatlar ("Pavel Şeremeti kim öldürdü?", "Katya Qandzyukun qətlini kim sifariş etdi?", "Oğru", "Zibil") asıblar.
Ukrayna XİN rəhbərinin fəaliyyətindən narazı kütlə "Avakov, istefa ver!", "Avakov həbs edilsin!" şüarları səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31