Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb

Bu gün Fransada benzinin qiymətinin qalxmasına qarşı keçirilən "Sarı jiletlilər"in etiraz aksiyası zamanı xəsarət alanların sayı 227 nəfərə çatıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyinin yaydığı son statistik məlumatda deyilir.

Bildirilir ki, yaralılardan 6-sının vəziyyəti ağırdır. Aksiya zamanı 117 nəfər saxlanılıb, onlardan 75 nəfəri nəzarətə götürülüb. Etirazlar zamanı 10-a yaxın polis və jandarma da yaralanıb.

Bu saatlarda aksiyalarda 282 min nəfərin iştirak etdiyi deyilir.

Qeyd edilir ki, aksiya iştirakçıları təkcə yanacağın qiymətinin və ona qoyulan vergilərin artırılmasına deyil, həm də ölkədə bütün qiymətlərin artımına öz etirazlarını bildirirlər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31