Qadın ölü doğulan körpəsini çimizdirib, paltar geyindirib FOTOsunu çəkdi

3 dəfə uşağını düşürdükdən sonra hamilə qalan qadın daha bir dəhşət yaşayıb.

 Avstraliyanın Viktoriya ştatında kafedə işləyən qadın 4-cü dəfə uşağını itirib.

20 yaşında uşağını ölü halda doğan Kristi Vatson adlı qadın onun şəkillərini çəkərək sosial şəbəkələrdə yayıb.

Hamiləliyinin son aylarında özünü pis hiss edən Kristi övladını ölü halda dünyaya gətirib. Bununla barışmayan qadın onu çimizdirib, aldığı paltarları geyindirərək yatağa qoyub və onun üçün hazırladığı otaqda şəklini çəkib.

Qadının bu hərəkəti sosial şəbəkə izləyicilərini kövrəldib.

Qeyd edək ki, Kristi ölən övladına Keysen adını verəcəkdi. big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31