İsraildə növbədənkənar parlament seçkilərinin tarixi noyabrın 18-də açıqlanacaq
16 Noyabr 2018 18:36 Dünyaİsraildə növbədənkənar seçkilərin tarixi parlamentin noyabrın 18-də keçiriləcək iclasında elan ediləcək.
Bu, ölkənin Baş naziri, Likkud Partiyasının lideri Benyamin Netanyahu ilə təhsil naziri, Bayt Yequhdi Partiyasının ("İsrail bizim evimizdir" Partiyası) lideri Naftali Benneta arasında noyabrın 16-da keçirilən görüşdən sonra məlum olub.
Növbədənkənar seçkilərin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 14-də "İsrail bizim evimizdir" Partiyasının başçısı Aviqdor Liberman müdafiə naziri vəzifəsindən istefa verdiyini, partiyanın isə koalisiyadan çıxdığını bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31