Vladimir Putin və Nikol Paşinyan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə telefon danışığı zamanı Avrasiya inteqrasiyası çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib.

Bu barədə Kremlin Mətbuat xidməti  xəbər verir.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Avrasiya inteqrasiya assosiasiyaları çərçivəsində qarşılıqlı fəaliyyətin aktual aspektləri müzakirə olunub", - məlumatda deyilir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31