Tacikistanda qiyam baş vermiş həbsxananın rəisi tutulub

Tacikistanda qiyam baş vermiş Xocənd şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Feyzullocon Safarov həbs edilib.

O, məhkumlara işgəncə verməkdə, səhlənkarlıqda və hazırlanan qiyamı gizli saxlamaqda ittiham olunur. 

Eyni zamanda həbsxananın daha bir neçə əməkdaşının rüşvət aldıqları, himayədarlıq etdikləri, cinayətləri gizlətdikləri üçün tutulacaqları gözlənilir.

Qeyd edək ki, noyabrın 7-də Xocənddəki həbsxanada baş vermiş qiyam nəticəsində 50 məhbus ölmüş, 100-ə yaxını isə yaralanmışdı. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31