ABŞ-Çin ticarət savaşı Avropaya təhdiddir - Fransa

ABŞ və Çin arasında iqtisadi konflikt bütün dünya üçün təhlükədir.

Bunu jurnalistlərə açıqlamasında Fransanın İqtisadiyyat naziri Bruno Le Mer deyib. Onun sözlərinə görə, ABŞ və Çin dərhal dialoq yolunu tutmalı və ticarət müharibəsini bitməlidirlər.

O, bu müharibədə heç kimin qalib gəlməyəcəyini deyib:

"Biz Çin və ABŞ arasında ticarət müharibəsinə daxil olmaq riskiylə üz-üzəyik. Biz hamımız bundan uduzacağıq. Təcili qərar tapmalıyıq".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31