Küveytin hava limanı suyun altında qalıb
16 Noyabr 2018 16:16 DünyaKüveyt güclü qasırğaya məruz qalıb. Şiddətli yağış, külək və duman ölkədə həyatı iflic edib.
Küveyt Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, əlverişsiz hava səbəbindən Küveyt hava limanı müvəqqəti bağlanıb.
Küveytin beynəlxalq hava limanını su basdıqdan sonra bu ölkənin uçuşları Bəhreyndən və Səudiyyə Ərəbistanının əd-Dəmmam şəhərindən həyata keçirilməyə başlanıb.
Güclü yağışlar İran Körfəzi, Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə bir sıra fəsadlar törədib.
Oxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31