Enerji yığan zaman “iPhone X” partladı

ABŞ-da "iPhone X" sahibi telefonun partladığını deyib.

Bu barədə həmin şəxs sosial şəbəkələrdə yazıb.

Qeyd olunur ki, smartfon enerji yığan zaman əməliyyat sistemi yenilənməyə başlayıb.

Nəticədə qızan telefon partlayıb. Telefonun sahibi xəsarət almadığını deyib.

Hadisə ilə bağlı "Apple" şirkətindən rəsmi açıqlama gəlməyib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31