Paşinyanla Tonoyan hərbi təlimləri izlədi
16 Noyabr 2018 13:58 DünyaBu gün Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla müdafiə naziri əvəzi David Tonoyan Ermənistandakı hərbi hissələrdən birində keçirilən taktiki hücum təlimini izləyiblər.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan yayıb. Onun sözlərinə görə, təlimdə xüsusilə çətin coğrafi və iqlim şəraitində qoşunların yeni taktika və xüsusi texniki vasitələr tətbiq edərək, yeni yüksəklikləri ələ keçirmək fəaliyyətləri məşq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31