Şri-Lanka parlamentində dava düşüb, xəsarət alanlar var - VİDEO

Şri-Lanka parlamentində etimadsızlıq göstərilən Baş nazir Mahindrə Racapaksa çıxış etdikdən sonra dava düşüb, millət vəkilləri əlbəyaxa olublar.

Qarşıdurmaya baş nazirin parlament sədrini qərəzli davranışda və sui-istifadələrdə ittiham edərək seçkilər keçirilməsinə çağırması təkan verib. Dava nəticəsində bəzi millət vəkilləri xəsarət alıb, spiker salonu tərk edib, parlamentin iclası isə dayandırılıb.

Qeyd edək ki, oktyabr ayında Baş nazir M.Racapaksa and içəndən etibarən respublikada siyasi böhran yaşanır.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31