Daha bir ölkədən Makrona dəstək - Vahid ordu
16 Noyabr 2018 12:58 Dünyaİspaniya Fransa Prezidenti Emmanuel Makronun Avropa ordusu ideyasını dəstəkləyib.
Bunu jurnalistlərə açıqlamasında İspaniya Müdafiə naziri Marqarita Robles deyib.
Onun sözlərinə görə, İspaniya hökuməti bu addımın Avropa Birliyinin gücləndirilməsinə xidmət edəcəyini düşünür. O, bu layihənin AB və NATO strukturları arasında maksimal əməkdaşlıq və inteqrasiya çərçivəsində reallaşdırılmalı olduğunu bildirib.
Qeyd edək ki, Makronun ideyasını Almaniya kansleri Angela Merkel də dəstəkləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31