Parisdə dinozavr skeletləri hərracda 1,5 milyon dollara satılacaq
16 Noyabr 2018 12:38 DünyaParisdə dinozavr skeletlərinin hərraca çıxarılaraq 1,5 milyon dollara satılması planlaşdırılır.
Eramızdan əvvəlki dövrün nəhəng canlılarının qalıqları ABŞ-da aparılan arxeoloji qazıntılar zamanı tapılıb.
Birinci sümük kamptozavra aiddir. Arxeoloqlar onun demək olar, bütün sümüklərini tapıblar. Ona 500-700 min avro qiymət qoyulacaq.
Allozavrın isə qalıqlarının cəmi 65 faizi tapılıb. Lakin bu unikal tapıntı çox baha - demək olar, 1 milyon avro qiymətindədir.
"Biz burda eyni vaxtda yaşamış iki dinozavr arasında bərpa işləri aparırıq. Bu, allozavrdır. O, yırtıcıdır. Və kamptozavr - bu heyvan isə otyeyən olub", - deyə məsləhətçi-paleontoloq Stefano Piççini bildirib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31