KXDR Cənubi Koreyaya aviamarşrut yaratmağı təklif edib

KXDR nümayəndələri mülki aviasiya üzrə Koreya danışıqlarında Şimali və Cənubi Koreya arasında uçuşlar üçün marşrut yaratmağı təklif edib.

Bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Nəqliyyat Nazirliyindəki mənbəyinə istinadən məlumat verib.

Təklif olunan marşrutlar Sarı dəniz və ya Yapon dənizinin üzərindən keçməlidir.

Daha əvvəl Cənubi Koreyanın KXDR ilə dəmir yolu əlaqəsi qurmağı planlaşdırdığı bildirilmişdi.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31