Çexiyada minlərlə insan baş nazirin istefası tələbi ilə aksiya keçirib

Çexiyanın paytaxtı Praqanın mərkəzindəki "Vaçlavskoy" meydanında iki mindən çox insan baş nazir Andrey Babişin istefası tələbi ilə kütləvi aksiyada iştirak edib.

Mitinqin təşkilatçısı, AUVA ictimai qrupunun üzvü Veronika Şevçikova insanları kütləvi aksiyada iştiraka çağırıb.

O, qeyd edib ki, ölkə sakinləri hazırda istintaq altında olan hökumət rəhbərinə "yox" deməlidir. Mitinqin təşkilatçısı dəfələrlə baş nazirin yalanlarının üstünün açıldığını iddia edib.

Qeyd edək ki, polis hazırda Babişi maliyyə cinayətində iştirakı şübhəsi ilə təhqiqat aparır. Ölkə Senatı da baş naziri maliyyə qalmaqalına görə istefaya çağırıb.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31