Yaponiya Kuril adalarını Amerika hərbi bazalarının olmadan saxlamağı vəd edib

Yaponiyanın baş naziri Sindzo Abebildirib ki, Kuril adalarının cənub hissəsinin Yaponiya veriləcəyi halda orada ABŞ-ın hərbi bazaları yerləşdirilməyəcək.

Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinə əsasən Birləşmiş Ştatlar öz hərbi bazalarını bu ölkənin bütün ərazisində yerləşdirə bilər. Amma yüksək səviyyəli yapon məmurları nəşrə bildiriblər ki, hərbi bazalar Yaponiyanın razılığı olmadan yerləşdirilə bilməz.

Daha əvvəl məlum olub ki, Abe Rusiya prezidenti Vladimir Putinə ərazi məsələsi üzrə danışıqları sürətləndirmək təklif etmək istəyir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31