Hindistanda siklon 11 nəfərin həyatına son qoyub
16 Noyabr 2018 12:06 Dünya"Qaca" (Gaja) siklonu Hindistanın cənubundakı Tamil Nadu vilayətində böyük fəsadlara səbəb olub.
Siklon 11 nəfərin həyatına son qoyub, 76 min insan daha təhlükəsiz əraziyə təxliyyə olunub.
Qeyd edək ki, dünəndən ştatın sahilyanı ərazilərində güclü küləklə müşayiət olunan leysan yağışı tüğyan edir. Siklon dünən gecə daha da güclənib. Təbii fəlakət ən çox Naqapattinam, Tiruvarur və Tancor şəhərlərinə zərər vurub. Siklon nəticəsində şəhərlərdə ağaclar kökündən qopub, bəzi yerlərdə elektrik enerjisinin ötürülməsində kəsilmələr baş verib. Ştatın yeddi rayonunda təhsil müəssisələrində dərsləri ləğv edilib.
Təxliyyə edilənlər 300-dən çox yardım mərkəzində yerləşdiriliblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31