ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Ağ Ev Fəthullah Gülənin ABŞ-dan ekstradisiyasının yollarını öyrənir.

Bu barədə "NBC" telekanalına hökümətdəki mənbələr bildirib.

Məlumata əsasən, prezident Donald Trampın administrasiyası ümid edir ki, F.Gülənin ekstradisiyası Türkiyə ilə ABŞ-ın münasibətlərini yaxşılaşdırmağa kömək edəcək. Beləlilə, Vaşinqton İstanbulda səudiyyəli jurnalist Camal Xaşkacinin ölümü ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə diplomatik qarşıdurmada Türkiyə rəhbərliyinin daha mülayim mövqe tutacağına ümid edir.

"NBC"nin məlumatına görə, Ağ Ev Gülənin ABŞ ərazisindən "ləğv" edilməsinin imkanlarını öyrrənmək üçün müxtəlif idarələri müraciət edib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31