Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16 Noyabr 2018 11:25 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.
Bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindəki mənbə jurnalistlərə bildirib.
Mənbə deyib: "Prezident Ərdoğanın Mahmud Abbas ilə telefon danışığı olub. Danışıq zamanı Fələstin prezidenti Qəzza zolağında yaşıyan insanların vəziyyəti barədə Türkiyə prezidentinə danışıb. Ərdoğan Türkiyənin adından fələstin xalqına öz hüquqları uğrunda mübarizədə dəstəyini bildirib".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31