Konqoda 7 BMT sülhməramlısı öldürülüb

Konqo Demokratik Respublikasında BMT sülhməramlıları və Birləşmiş Demokratik Qüvvələr təşkilatının üzvləri arasında silahlı toqquşmalar olub.

Bu barədə BMT-nin baş katibinin rəsmi nümayənsdəsi Stefan Cüjarrik bildirib.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində 7 BMT sülhməramlısı həlak olub, 10-u yaralanıb, 1-i isə itkin düşüb.

Həlak olan sülhməramlılardan 6-sı Malaviyadan, 1-i isə Tanzaniaydan olub.

S.Cüjarrik bildirib ki, onlar Şimali Kivuda sülhməramlı əməliyyatı zamanı öldürülüblər.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31