Tramp Kaliforniyada meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək

ABŞ prezidenti Donald Tramp noyabrın 17-si Kaliforniya ştatında meşə yanğınlarından zərərçəkənlərlə görüşəcək.

Bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi Lindsi Uoters bildirib.

L.Uoters deyib: "Prezident şənbə günü yanğınlardan zərərçəkənlərlə görüşmək üçün Kaliforniyada gedəcək".

Xatırladaq ki, Kaliforniya ştatında meşə yanğınları 59 nəfərin ölümünə səbəb. Onlardan 56-sı ştatın şimalında, 3-ü isə cənubunda ölüb. Bundan əlavə 100-dən artıq insan itkin düşmüş sayılır.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31