Ermənistan Müdafiə Nazirliyinin polkovnikinin avtomobilinə atəş açılıb
14 Noyabr 2018 12:45 DünyaYerevanda naməlum şəxslər Ermənistan Müdafiə Nazirliyinin polkovniki Karen Darbinyanın avtomobilinə atəş açıblar.
Hadisədən sonra Ermənistan Müdafiə Nazirliyinin departamentlərindən birinin 53 yaşlı rəhbəri polisə zəng edərək olay barəsində xəbər verib.
K.Darbinyan bildirib ki, saat 03:10 radələrində naməlum şəxs və şəxslər evin həyətində onun "Nissan Pathfinder" avtomobili istiqamətində atəş açıblar, avtomobilə ziyan dəyib.
İstintaq baş verən hadisəni araşdırır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31