Serj Sərkisyan: "Daş üstə daş qoymayacağıq"

Ermənistanın eks-prezidenti Serj Sərkisyanın Respublikaçılar Partiyasının bazar günü keçirilən iclasında çıxışı haqda indi məlumat yayılıb.

"Qraparak" Sərkisyanın çıxışı zamanı partiyasının yalançı müxalifət olmayacağını bildirdiyini yazıb.

Sərkisyan üstüörtülü şəkildə Qarabağ məsələsinə də toxunub:

"Əgər hakimiyyət ölkə üçün sərfəli addımlar atsa, biz onları birmənalı şəkildə dəstəkləyəcəyik, əgər bu olmasa, o zaman daş üstündə daş qoymayacağıq. Bu məsələdə biz güzəşt etməyəcəyik, sona qədər mübarizə aparacağıq".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31