ABŞ-dan yeni Avropa ordusu mesajı: NATO-ya qarşı...
14 Noyabr 2018 11:41 DünyaABŞ NATO-nu zəiflədən istənilən addıma qarşıdır.
Bunu Avropa ordusunun yaradılması ideyasını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.
"Bu, NATO, ABŞ hökuməti və digər bir çox dövlətlər üçün çox vacibdir. Biz hesab edirik ki, heç bir səbəb NATO-nu öz fəaliyyət prinsiplərindən uzaqlaşdırmamalıdır. NATO dayanıqlı təşkilatdır. ABŞ və digər dövlətlər uzun illərdir onu dəstəkləyiblər, ona görə də zəifləməyini istəmirik.
Bizim fikrimizcə, NATO bütün üzvlərinin üzərinə böyük məsuliyyət götürəcəyi halda güclü olacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31