ABŞ bu liderlərin başına 5 milyon qoydu
14 Noyabr 2018 11:40 DünyaABŞ HƏMAS-ın Siyasi Bürosunun üzvü, İzzəddin əl Qəssam briqadasının lideri Saleh Aruri, Hizbullah liderləri Yusif Mahmud Xarba və Haytam Əli Tabatabai haqqında veriləcək hər hansı informasiyaya görə 5 milyon dollar mükafat təyin edib.
Məlumatı ABŞ Dövlət Departamenti yayıb. Vaşinqtonun iddiasına görə, Aruri HƏMAS-ın İordan çayının qərb sahilindəki fəaliyyətlərini maliyyələşdirib və hərbi əməliyyatlarına rəhbərlik edib.
Yusif Mahmud Xarba Hizbullah lideri Həsən Nəsrullahın müşaviridir. Amerikalıların fikrincə, o, Hizbullahın Fələstindəki və bir sıra Yaxın Şərq ölkələrindəki hərbi əməliyyatlarına nəzarət edib.
Tabatabai isə Hizbullahın hərbi liderlərindən biri sayılır. Belə ki, o, təşkilatınn Suriya və Yəməndəki xüsusi təyinatlılarına rəhbərlik edib.