BMT TŞ-nin Qəzzada vəziyyətlə bağlı təcili iclasının çağırılmasını tələb edilib

Küveyt və Boliviya Qəzza zolağında yaranmış vəziyyətlə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi üçün sorğu göndərib.

Bu barədə AFP məlumat yayıb.

"Küveyt və Boliviya BMT Təhlükəsizlik Şurasının Qəzza zolağı üzrə təcili iclasının keçirilməsini tələb edir", - deyə agentlik yazıb.

Bundan əvvəl İsrail aviasiyası Qəzzada 160 mövqeyə hücum edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31