Hyustonda məktəb yaxınlığında şagird öldürülüb
14 Noyabr 2018 11:23 DünyaABŞ-ın Texas ştatının Hyuston şəhərində polis çərşənbə axşamı mərkəzi hissədə yerləşən məktəblərdən birinin yaxınlığında yeniyetmənin güllələnməsi ilə bağlı araşdırmaya başlayıb.
Odlu silah yarası alan gənc oğlan avtomobil dayanacağında tapılıb.
O, xəstəxanaya çatdırılsa da, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.
İlkin məlumata görə, hadisəyə şagirdlər arasında mübahisə səbəb ola bilər. Polis dayanacaq yaxınlığındakı məktəblərdən birində yoxlama aparır. Binaya giriş qadağandır. Hadisə ilə bağlı hələ ki, heç kim saxlanılmayıb.
Bundan əvvəl ABŞ-da məktəbli müəllimə hücum edərək onu bıçaqlayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31