Bişkekdə MDB ölkələrinin Sərhəd Qoşunları Komandirləri Şurasının iclası keçiriləcək

Bu gün Qırğız Respublikasının paytaxtı Bişkekdə MDB ölkələrinin Sərhəd Qoşunları Komandirləri Şurasının (SQKŞ) növbəti iclası keçiriləcək.

İclasda 9 ölkənin - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın sərhəd qoşunlarının nümayəndə heyətləri iştirak edəcək.

İclasa həmçinin MDB-nin bir sıra qarşılıqlı fəaliyyət göstərən orqanlarının və beynəlxalq təşkilatların işçi strukturlarının rəhbərləri də qatılacaqlar.

SQKŞ üzvləri əsas diqqəti MDB-nin Mərkəzi Asiya regionu iştirakçılarının xarici sərhədlərində yaranan vəziyyətin qiymətləndirilməsi və təhlilinə, Şuranın 2018-ci ildəki fəaliyyətinə yekun vurulmasına və 2019-cu il üçün prioritetlərin müəyyən edilməsinə, birgə xüsusi sərhəd əməliyyatlarının keçirilməsinin nəticələrinin müzakirə edilməsinə və gələcək dövrdə onların təşkili məsələlərinə ayıracaq.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31