Tramp milli təhlükəsizlik üzrə köməkçisinin müavinini qovur: ”Sən, mənim arvadıma...”

Moderator.az TASS -a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun müavini Mira Rikardeli qovmağa qərar verib.Məlumatın mənbələri bildirirlər ki, prezidentin administrasiyası professional kadrın Ağ Evdən uzaqlaşdırılmasının səbəbini heyrətlə qarşılayıblar. Trampın gözlənilməz qərarlarına adət edən məmurlar bu dəfə şətəlin birinci ledidən keçdiyini və onun qovulmasında təkid etdiyini söyləyirlər. Deyilənə görə bu yaxınlarda Afrikada səfərdə olan Melanya Trampla Mira Rikardeli arasında söz atışması və narazılıq yaranıb.Melanya Boltonun köməkçisinin tez-tez ona əsası olmayan iradlar bildirməsini, sonunda söz davasına  döndüyünü yaxın ətrafına danışıb. Geri qayıdandan sonra onun şikayətini eşidən ər Tramp bərk əsəbiləşib, öz ampluasında hərəkət edib və Mira Rikardeli qovmağı tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31