Səkidə yeriyən qadın anidən yer altına düşdü -VİDEO

 

Çinin Lanzhou şəhərində küçədə yeriyən qadın qəfil çökən səkinin altına düşüb. Qabırğalarında sınıq aşkar edilən bədbəxt qadının düşmə anı anbean kameralara əks olunub. 

Moderator.az xəbər verir ki, qeydə alınan hadisədə səki birdən dağılıb və səkidə yeriyən bir qadın da açılan çuxurun içinə düşüb. Ətrafda olan şəxslərin çağırdığı təcili yardımla xəstəxanaya aparılan qadın müalicə altına alınıb.

Təxminən 3 metr dərinliyində olduğu bildirilən çuxura düşən qadının xilas edildiyi və qabırğalarında iki qırıq yarandığı qeyd olunub. 

Qeyd edək ki, şəhərdə son dövrdə bənzər çöküntülər olduğu bildirilib. 

Kamran

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31