İranın XİN rəhbəri: “Səudiyyə şəhzadəsi bizə də sui-qəsd planlamışdı”

Səudiyyəli jurnalist Camal Kaşıkçının öldürülməsində əsas fiqurant şahzadə Salmandır.

İranın xarici işlər naziri Cavad Zərif Səudiyyə Ərəbistanı şahzadəsi Salmanın İranın yüksək rütbəli dövlət xadimlərinə sui-qəsd planlaşdırdığı barədə iddiaları təsdiqləyib. Cavad Zərif deyib: "Tehran bu məsələ ilə bağlı məlumatlıdır".

İranlı nazir eyni zamanda Səudiyyə Ərəbistanına  İrana qarşı fəaliyyətlərinə görə xəbərdarlıq edilməsindən sonra İranda terror fəaliyyətlərinin artdığını vurğulayıb:

"Qatarın blokadaya alınması, Yəmənin bombaalnması, Livanın baş nazirinin saxlanılması və Camal Kaşıkçının öldürülməsi nəticəsində dünyanın gözü Ər-Riyada çevrilib".

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31