Yıldırım Belarusa gedir: 1 milyardlıq hədəf

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Belarusa səfər edəcək.

Binəli Yıldırım səfər öncəsi hava limanında jurnalistlərin suallarını cavablandırıb.

"Siyasi cəhətdən hər hansı bir problemimiz olmayan Belarusla 1 milyard dollarlıq ticarət hədəfimizə çatmaq üçün təşəbbüslərimizi davam etdirəcəyik. Belarusun müstəqilliyini tanıyan ilk ölkə kimi Türkiyə üçün bu ölkə ilə dostluq münasibətlərinin inkişafı ən böyük hədəfimizdir. Əməkdaşlığımız bu sahədə müsbət məcrada davam etməkdədir", - Yıldırım bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31