Makrondan ŞOK ETİRAF: Dollar de-fakto…
12 Noyabr 2018 05:06 DünyaAvropada hələlik, dollara alternativ yoxdur.
Publika.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron CNN telekanalına müsahibəsində bildirib.
"Mən düşünürəm ki, bu gün Avropada dollara aşkar alternativ yoxdur. Niyə? Çünki, dollar de-fakto öz gücünə görə beynəlxalq toxunulmazlıq hüququna malikdir. Və biz avronu dollar kimi güclü etməyi bacarmamışıq", - o deyib.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqından açıqlamışdılar ki, ABŞ-ın sanksiyalarına cavab olaraq İranla hesablaşmalar üçün mexanizmin yaradılması üzərində işi davam etdirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31