ABŞ-dan Rusiyaya gözdağı: Bu raket yenə sınaqdan keçirildi
8 Noyabr 2018 15:01 DünyaABŞ Hərbi Hava Qüvvələri növbəti dəfə "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib.
Sınaq Kaliforniyadakı Vandenberq bazasında baş tutub. Sınağın uğurla baş tutduğu bildirilib.
Qeyd edək ki, "Minuteman III" raketi ABŞ-ın silahlanmasında olan yeganə yerüstü qitələrarası raketdir. Bu raketin ABŞ ordusunda sayı 450 ədəddir. "Minuteman III" 12 min kilometr məsafədəki hədəfləri məhv etmək gücündədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31