ABŞ və İsrailə S-300 zərbəsi
8 Noyabr 2018 13:00 DünyaS-300-lər ABŞ-ın Suriyadakı planlarını pozur.
Bu sözləri rusiyalı siyasi ekspert Andrey Koşkin ABŞ-ın bu yöndə olan narahatlıqlarını şərh edərkən deyib.
"Görünür, ABŞ-ın siyasi və hərbi elitası S-300-lərin rus əsgərlərini etibarlı şəkildə qoruyacağını, Yaxın Şərqdəki siyasi və geopolitik proseslərdə ciddi təsirinin olacağını hələ yeni anlayıb. Əlbəttə, S-300-lər İsrail ordusunun Suriyadakı təxribatlarının qarşısının alınmasında ciddi maneədir. S-300-lər ABŞ və İsraildəki isti başlar üçün soyuq duşdur", - deyə ekspert bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31