Vaşadze Merkellə görüşdü
8 Noyabr 2018 12:53 DünyaGürcüstan prezidentliyinə müxalifətdən namizəd Qriqol Vaşadze Helsinkidə Almaniya kansleri Angela Merkellə görüşüb.
Görüş Avropa Xalq Partiyasının konqresi çərçivəsində baş tutub. Görüşdə əsas müzakirə mövzusunun Gürcüstanda prezident seçkisinin olduğu bildirilib.
Helsinkidə Vaşadze həmçinin Saakaşvili ilə birgə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq üzrə komissarı Yohannes Xanla da görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31