Tacikistanda cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus ölüb
8 Noyabr 2018 11:42 DünyaTacikistanın şimalındakı Xucande şəhərində ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam nəticəsində 13 məhbus öldürülüb.
Soqdi vilayətinin güc strukturlarındakı mənbənin məlumatına görə, məhbuslardan biri mühafizəçini silahsızlaşdırmağa nail olub və avtomatı əlindən alaraq nəzarətçilərə və mühafizəçilərə atəş açmağa başlayıb. Məhbuslar cəzaçəkmə korpuslarından birini ələ keçiriblər.
Soqdi vilayətinin Daxili İşlər İdarəsinin xüsusi təyinatlıları qiyamı yatırıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31