KTMT-nin keçmiş baş katibi Yerevana qayıdıb
8 Noyabr 2018 11:40 DünyaKollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov Yerevana qayıdıb.
Bu məlumatı Ermənistan KİV-i yayıb.
O, 2008-ci il martın 1-də Yerevandakı hadislər zamanı ölkənin Konstitusiya quruluşunu pozmaqda ittiham olunur. Y.Xaçaturov buna görə KTMT-nın baş katib vəzifəsindən azad olunub.
Qeyd edək ki, noyabrın 8-də Astanada KTMT-yə üzv dövlətlərin sammitində yeni baş katibin seçiləcəyi gözlənilir. Ermənitsan bu vəzifəyə öz namizədini irəli sürüb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31