İran Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa çağırıb
8 Noyabr 2018 11:35 Dünyaİranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazempur Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa çağırıb.
O deyib ki, bu iki ölkə tərəfindən neft hasilatının artırılması resursun qiymətinin15 dollara düşməsi ilə nəticələnib.
"Bu iki ölkə hasilatı azaltmalıdır", - Hüseyn Kazempur bildirib.
İran nümayəndəsi qeyd edib ki, neft hasilatı gündə ən azı 1 mln barel azaldımalıdır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31